Bank Of Baku

Tehran metropolitenində qatarların toqquşması nəticəsində 50 nəfər xəsarət alıb

Tehran metropolitenində qatarların toqquşması nəticəsində 50 nəfər xəsarət alıb
# 06 iyun 2017 18:00 (UTC +04:00)

Tehran metropolitenində iki qatarın toqquşması nəticəsində 48 sərnişin xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran dövlət televiziyasının məlumatında bildirilir.  

 

Tehran metropolitenin mətbuat xidmətinin nümayəndəsi Ehsan Mökəddəm bildirib ki, tuneldən çıxan qatar “Taraşt” stansiyasında dayanmış digər qatarla toqquşub.

 

İnsident yerli vaxtla 18.15-də (Bakı vaxtı ilə 17.45-də) baş verib.

 

Xəsarət alan sərnişinlər şəhərin üç xəstəxanasına yerləşdiriliblər. 

 

APA-nın Tehran bürosunun məlumatına görə, hadisəyə səbəb qatarın əyləc sistemində yaranmış problem olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR