Bank Of Baku

Tehran prokurorluğu iranlı bloqqerin verilən işgəncələrdən ölməsi faktını təsdiqləyib

Tehran prokurorluğu iranlı bloqqerin verilən işgəncələrdən ölməsi faktını təsdiqləyib
# 23 noyabr 2012 10:17 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Tehran prokurorluğu həbsindən bir həftə sonra həbsxanada müəmmalı şəkildə ölən iranlı bloqqer Səttar Behişti ilə bağlı rəsmi açıqlama yayıb. APA-nın İRİB-ə istinadən məlumatına görə, xəbərdə bildirilir ki, aparılan araşdırmalar nəticəsində bloqqerin işgəncədən öldüyü öz təsdiqini tapıb: “Belə ki, Səttar Behişti bədəninin həssas nöqtələrinə zərbə vurulması nəticəsində şok keçirib və bu da onun ölümünə gətirib çıxarıb. Hazırda Səttar Behiştinin saxlanıldığı həbsxanada çalışan vəzifəli məmurlarla bağlı araşdırmalar davam etdirilir, iranlı bloqerin ölümündən məsul olan şəxslər haqqında istintaq aparılır və bəzi məmurlar da həbs olunaraq məhkəməyə təqdim edilib”.

 

Qeyd edək ki, İran kiber polisi 35 yaşlı bloqqeri öz bloqunda, sosial mediada, xüsusilə “facebook”da ictimai-siyasi məsələlərlə bağlı yazdıqlarına görə milli təhlükəsizliyə qarşı fəaliyyət göstərməkdə günahlandıraraq oktyabrın 30-da öz evində həbs etmişdi. Tehranın Evin həbsxanasında bir gün saxlanılan S. Behişti ona qarşı kobud rəftar edildiyinə dair həbsxana rəsmilərinə şikayət məktubu yazdıqdan sonra naməlum bir yerə aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR