Bank Of Baku

Tehranda insanların üzərinə kimyəvi turşu atılıb, 16 nəfər xəsarət alıb

Tehranda insanların üzərinə kimyəvi turşu atılıb, 16 nəfər xəsarət alıb
# 08 iyun 2017 09:21 (UTC +04:00)

İranın paytaxtı Tehranda insanların üzərinə kimyəvi turşu atılıb.

 

APA-nın İranın Tasnim Agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 16 nəfər xəsarət alıb. Hadisəni törədən şəxsin tutulduğu, hücumun terror aktı olmadığı bildirilir.

 

Hadisənin təfərrüatları hələlik açıqlanmayıb.

 

Qeyd edək ki, iyunun 7-də İran Milli Məclisində və İmam Xomeyni türbəsində törədilən terror hücumları nəticəsində 13 nəfər ölüb, 40-dan artıq şəxs yaralanıb. Terrora görə məsuliyyəti İŞİD üzərinə götürüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR