Bank Of Baku

Tehranda terror qurbanları ilə vida mərasimi keçirilir

Tehranda terror qurbanları ilə vida mərasimi keçirilir
# 09 iyun 2017 08:33 (UTC +04:00)

İranın Kirmanşah şəhərində Tehranda baş vermiş terrorda rolu olmuş iki nəfər saxlanılıb.


APA-nın Tehran bürosunun məlumatına görə, Kirmanşah polisi elan edib ki, Ravansər bölgəsində 2 nəfər saxlanılıb. Bundan başqa, Kirmanşahın Səlas Babacani şəhərində sahibsiz “Peugeot” markalı avtomobildə 92 ədəd tapança tapılıb.  
 
Qeyd edək ki, iyunun 7-də Tehranda baş vermiş terror hadisələri nəticəsində 17 nəfər ölüb, 52 nəfər yaralanıb.
  
Hazırda Tehranda terror qurbanları ilə vida mərasimi keçirilir. Vida mərasimi parlament binasında təşkil olunub. Mərasimdə dövlət rəsmiləri və xarici diplomatlar iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR