Bank Of Baku

İsrail polisi Təl-Əvivdə bıçaqla hücumu terror aktı adlandırıb - YENİLƏNİB

İsrail polisi Təl-Əvivdə bıçaqla hücumu terror aktı adlandırıb - <span style="color: red;">YENİLƏNİB
# 23 aprel 2017 15:39 (UTC +04:00)

İsrail polisi bu gün Təl-Əvivdə 18 yaşlı fələstinli gəncin bıçaqla insanlara hücumunu terror aktı adlandırıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsrail polisinin rəsmi nümayəndəsi Mixael Zinqerman bildirib.

 

M. Zinqerman hücum nəticəsində 4 nəfərin yaralandığını, terrorçunun saxlanıldığını qeyd edib. 

 

***

 

saat 17.09

 

Bu gün İsrailin Təl-Əviv şəhərində bir fələstinli bıçaqla hücum çəkərək ən azı 3 nəfəri yaralayıb.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə yerli polis məlumat yayıb.

 

Yaralıların həyatı üçün təhlükə yoxdur. Şübhəli şəxs yaxalanıb. Hüquq-mühafizə orqanları olayın terror aktı, yaxud cinayət olduğunu araşdırır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR