Bakı-APA. Bağdadda terrorçu-kamikadze İraqın yeni baş naziri Heydər əl-Abadinin evi qarşısında özünü partladıb.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident zamanı ölən və yaxud xəsarət alanlar barədə məlumat verilmir.
Məlum olduğu kimi, Heydər əl-Abadi İraqın yeni Baş naziri təyin olunub. Ölkə prezidenti Fuad Maasum ona 30 gün ərzində yeni hökuməti formalaşdırmağı tapşırıb.