Bakı-APA. Terrorçu kamikadze ötən gün Dəməşqin mərkəzində avtomobil partladıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 6 nəfər ölüb, 22 nəfər isə yaralanıb.
“RİA Novosti”nin məlumatına görə, partlayış xristianların kompakt yaşadığı ərazidə baş verib.
Hadisənin digər təfərrüatları açıqlanmır.