Bank Of Baku

Tonqa sahillərində 6,2 bal gücündə zəlzələ baş verib

Tonqa sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
# 25 iyun 2017 20:34 (UTC +04:00)

Sakit okeanda, Tonqa Krallığı sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Milli Geologiya Xidmətinin məlumatında bildirilir.

 

Zəlzələnin episentri Tonqanın paytaxtı Nukualofa şəhərindən 209  km şimal-qərbdə, ocağı isə 38 km dərinlikdə yerləşib.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur.  Sunami təhlükəsi elan edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR