Tovuz rayon sakini dəm qazından zəhərlənib.
APA-nın Qərb bürosunun məlumatına görə, rayonunun Bozalqanlı kənd sakini 1974-cü il təvəllüdlü Ələkbərov Orxan Əlixan oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.
O. Ələkbərov Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.