ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman Əl Saud, Birləşmiş Ərəb Əmirliklərinin şahzadəsi Məhəmməd bin Zeyd Əl-Nəhyan və Qətər əmiri Tamim bin Həməd əl-Tani ilə telefonla danışıb.
APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.
“Prezident Tramp ABŞ və ərəb tərəfdaşları arasında birliyin regional sabitliyin inkişafı və İranın təhdidinə qarşı vacib olduğunu vurğulayıb”, məlumatda deyilir.
D.Tramp həmsöhbətlərini Ər-Riyad sammitində üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə çağırıb, terrorçu qrupların maliyyələşdirilməsinə son qoyulmasının və ekstremist ideologiyaya qarşı mübarizənin vacibliyini vurğulayıb.