Bank Of Baku

Türkiyə ordusu İraqla sərhəddə təlimə başlayıb

Türkiyə ordusu İraqla sərhəddə təlimə başlayıb
# 18 sentyabr 2017 10:18 (UTC +04:00)

Bu gün səhər Türkiyə ordusu İraqla sərhəddə təlimə başlayıb.

 

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, 100-dək tank və zirehli maşın, artilleriya qurğuları və pilotsuz uçuş aparatlarının istifadə edildiyi təlim Silopi rayon mərkəzindən 15 km uzaqlıqda, İraqla sərhəddəki Habur sərhəd-keçid məntəqəsinin yaxınlığında keçirilir.

 

Hərbi təlimlə bağlı Silopi-Habur yolunun bir tərəfi nəqliyyatın hərəkəti üçün bağlanıb.

 

Hərbi təlimlə bərabər bölgədə antiterror əməliyyatları davam edir.

 

Qeyd edək ki, Türkiyə ordusunun İraqla sərhəddə hərbi təliminin İraq Kürdüstan Muxtariyyətinin sentyabrın 25-ə keçirəcəyi referendum ərəfəsinə təsadüf etməsi diqqət çəkir. Türkiyə sərt şəkildə İraq Kürdüstan Muxtariyyətinin referendum qərarına qarşı çıxır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR