Bank Of Baku

Türkiyənin “Unit International” şirkəti İranda 7 elektrik stansiyası inşa edəcək

Türkiyənin “Unit International” şirkəti İranda 7 elektrik stansiyası inşa edəcək
# 04 iyun 2016 22:27 (UTC +04:00)

Bakı-APA.  Türkiyənin “Unit International” enerji şirkəti İranın Energetika Nazirliyi ilə əldə etdiyi razılaşmaya əsasən İslam Respublikası ərazisində ümumi dəyəri 4,2 mlrd dollar olan 7 qaz elektrik stansiyası inşa edəcək.  

 

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, ümumi gücü 6,020 MBt təşkil edəcək elektrik stansiyaları İranın yeddi bölgəsində inşa olunacaq.

 

Saziş iyunun 1-də Tehranda imzalanıb.  

 

“Unit International” enerji şirkətinin rəhbəri Unal Aysal bildirib ki, inşa olunacaq elektrik stansiyaları İranın elektrik enerjiyə olan tələbatının 10 faizini ödəyəcək.

 

Stansiyaların inşasına 2017-ci ilin birinci rübündə başlanılması planlaşdırılır.   

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR