Bank Of Baku

Türkiyənin İrandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib - FOTO

Türkiyənin İrandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib - <span style="color: red;">FOTO
# 25 aprel 2013 12:53 (UTC +04:00)

APA-nın “Öyrənci səsi”nə istinadən məlumatına görə, qondarma erməni soyqırımının tanınması tələbi ilə keçirilmiş piketdə İran parlamentində təmsil olunan erməni deputatlar da iştirak edib.

 

İran Daxili İşlər Nazirliyi ilə razılaşdırılmış aksiyada yüzlərlə nümayişçi Türkiyənin İrandakı səfirliyinin binası qarşısına toplaşaraq bu ölkənin və xalqının əleyhinə şüarlar səsləndiriblər. Eyni zamanda piketdə rəsmi Ankaradan Suriyanın daxili işlərinə müdaxiləyə son qoyması istənilib.

 

Qeyd edək ki, aprelin 23-də də Tehrandakı kilsədə qondarma erməni soyqırımı ilə bağlı tədbir keçirilib. Yığıncaqda Türkiyə ilə bağlı separatçı fikirlər səsləndirilib. Belə ki, Türkiyənin bir hissəsinin ermənilərin torpaqları olduğu və həmin ərazilərin Ermənistana birləşdirilməsi istənilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR