Bakı - APA. Türkiyənin Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatında həlak olan türk hərbçilərinin sayı 10-a çatıb.
APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bu gün Suriyada - Cerablus və Çobanbəy arasındakı bölgədə baş verən partlayışda ağır yaralanan 2 əsgər Türkiyənin Qaziantep Universiteti Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onları xilas etmək mümkün olmayıb.