Bank Of Baku

Türkiyənin xarici işlər naziri ilə Livanın baş naziri arasında telefon danışığı olub

Türkiyənin xarici işlər naziri ilə Livanın baş naziri arasında telefon danışığı olub
# 19 avqust 2013 08:49 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə Livanın baş naziri Nəcib Mikati arasında telefon danışığı olub. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, söhbətdə əsas müzakirə mövzusu “Türk Hava Yolları”nın bu ölkədə oğurlanmış 2 pilotunun sərbəst buraxılması olub.

 

N. Mikati bildirib ki, pilotların azad edilməsi istiqamətində işlər aparılır, Türkiyə vətəndaşlarının ən qısa zaman ərzində azad edilməsi üçün bütün qüvvələr səfərbər olunub.

 

Ə. Davudoğlu isə bu hadisəni pisləyərək pilotların tezliklə sərbəst buraxılacağına ümidvar olduğunu bildirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR