Bank Of Baku

Türkmənistanda Xalça Günü qeyd edilir

Türkmənistanda Xalça Günü qeyd edilir
# 28 may 2017 10:20 (UTC +04:00)

Bu gün Aşqabadda Türkmənistan Xalça Günü ilə əlaqədar Beynəlxalq Xalça Forumu keçirilir.

 

APA-nın “turkmenportal.com” saytına istinadən verdiyi məlumata görə, sərgi “Türkmənxalı” və Türkmənistan Ticarət-Sənaye Palatası birgə təşkil edir.

 

Türkmənistan Xalçası Milli Muzeyinin zalında qiymətli xalça nümunələri nümayiş etdirilir. Forumun açılışında Asiya və Avropadan 14 nümayəndə heyəti iştirak edir. Onların arasında Azərbaycan, Türkiyə, Rusiya, Almaniya, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İran, Pakistan, Əfqanıstan, Qazaxıstan, Özbəkistan və Tacikistan da var. Bu gün axşam “Aşqabad” konsert mərkəzində ən yaxşı xalçaçıların mükafatlandırılması ilə bağlı təntənəli mərasim keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR