Məhbuslar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılırlar.
Onlardan 5-nin ad və soyadı da açıqlanıb. Bunlar Behruz Şirpur, Mənuçöhr Davudi, Bəhmən Qətrani, Qasım Əkbəri və Zəkəriyyə Nəsrullahidir. Qadın məhbusun kimliyini dəqiqləşdirmək mümkün olmayıb.
Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra sentyabrın 10-da səhər saatlarında Urmiya şəhərinin mərkəzi həbsxanasında icra edilib. Lakin bu edamlarla bağlı məlumat açıqlanmayıb.
Qeyd edək ki, son günlər İranın Gilan vilayətində 3, Simnan vilayətində 2, Kirmanşah vilayətində 2, Xuzistan vilayətində 1, Kohgiluyə və Boyer-Əhməd vilayətlərində də 1 nəfər edam edilib.