Bank Of Baku

Vanuatu Respublikasının prezidenti vəfat edib

Vanuatu Respublikasının prezidenti vəfat edib
# 17 iyun 2017 07:39 (UTC +04:00)

Vanuatu Respublikasının prezidenti Balduin Lonsdeyl vəfat edib.

 

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, ölkə başçısı iyunun 16-da paytaxt Port-Vilada xəstəxanalardan birində ürək tutmasından dünyasını dəyişib.

 

Ölkə Konstitusiyasına görə yeni prezident üç həftə ərzində seçilməlidir.

 

Balduin Lonsdeyl səkkizinci prezidenti kimi ölkəyə 2014-cü ilin sentyabrından rəhbərlik edirdi.

 

Qeyd edək ki, Vanuatu Respublikası Sakit Okeanın cənubunda yerləşən ada ölkəsidir. Polineziya dilindən tərcümədə vanua - “torpaq, ölkə” deməkdir. 260 min nəfər əhalisi olan ölkənin müstəqilliyi 1980-ci ildə elan olunub. Vanuatu Respublikasının rəsmi dövlət dili bislama (sadələşdirilmiş ingilis dili), ingilis və fransız dilləridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR