Bank Of Baku

Vasiliy Nebenzya: “ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını İranla nüvə sazişini pozmaq üçün çağırıb”

Vasiliy Nebenzya: “ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını İranla nüvə sazişini pozmaq üçün çağırıb”
# 05 yanvar 2018 23:18 (UTC +04:00)

Rəsmi Vaşinqton BMT Təhlükəsizlik Şurasının iclasını İranla nüvə sazişini pozmaq üçün çağırıb.

 

APA-nın REN TV-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bəyan edib.

 

“Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının İranda etirazlara həsr olunmuş toplantısının əsl məqsədi Tehranla nüvə sazişini pozmaqdır. ABŞ-ı İran xalqının mənafeyi maraqlandırmır”, deyə diplomat qeyd edib.

 

Bundan əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki bəyan edub, dünya ictimaiyyəti  İranda etiraz aksiyaları ilə bağlı ölkə hökumətinin atdığı addımları izləyir. "Dünya sizin nə etdiklərinizi izləyəcək " - deyə Heyli vurğulayıb.

 

Qeyd edək ki, BMT TŞ İrandakı vəziyyətlə əlaqədar iclas keçirir. İclas ABŞ-ın rəsmi sorğusu əsasında keçirilir.

 

İran və “altılıq” ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı problemin nizamlanması barədə tarixi saziş 2015-ci ilin iyulun 14-də imzalanıb.   BMT TŞ, ABŞ və Aİ-nin İran üzərindən sanksiyaların götürülməsini nəzərdə tutan birgə hərtərəfli tədbirlər planı 2016-cı ilin yanvarın 16-da qüvvəyə minib.   Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR