Bank Of Baku

Vyetnam Çinə etiraz notası verib suverenliyini pozmaqda ittiham edib

Vyetnam Çinə etiraz notası verib suverenliyini pozmaqda ittiham edib
# 02 yanvar 2016 19:56 (UTC +04:00)

Bakı-APA. Vyetnam XİN-i Çinin səfirinə etiraz notası təqdim edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, buna səbəb Çinə məxsus təyyarənin Cənub-Çin dənizində mübahisəli Spratli arxipelaqında yaradılan süni adada tikilmiş aerodromda eniş etməsi olub.      

 

Qeyd edək ki, Çin, Filippin, Vyetnam, Malayziya, Bruney və Tayvan Cənub-Çin dənizindəki bir neçə ada ətrafında uzun müddətdir mübahisə aparırlar.

 

Qeyd olunan regionda böyük karbohidrogen ehtiyatları aşkarlanıb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR