Bakı. Könül Cəfərli - APA. “HƏMAS İrana bağlı deyil”. APA-nın məlumatına görə, bunu HƏMAS lideri Xalid Məşal bildirib.
Onun sözlərinə görə, HƏMAS sadəcə Fələstinə bağlıdır: “Biz nə İrana, nə Suriyaya, nə Misirə, nə Türkiyəyə, nə də Qətərə bağlıyıq. Əksinə, bütün ərəb xalqları və İslam ümmətinə aidik”.
X.Məşal deyib ki, İranla Suriya məsələsində anlaşa bilməyiblər: “Yəni bu məsələdə aramızda fikir ayrılığı var. Bu da heç kimə sirr deyil. Ancaq bununla belə, İran Fələstin məsələsinə həmişə dəstək verib. Ona görə də HƏMAS-İran əlaqələri davam edəcək”.