Bakı. Könül Cəfərli – APA. Yaponiya dekabrın əvvəlindən İrandan neft idxalını artırıb. APA-nın İRNA-ya istinadən məlumatına görə, bu aydan başlayaraq, Yaponiya İrandan gündəlik orta hesabla 186 min barel neft alır. Noyabr ayında isə bu rəqəm 145 min olub.
Qeyd edək ki, İrandan ən çox neft idxal edən ölkələr Çin, Hindistan, Yaponiya və Cənubi Koreyadır.