Bank Of Baku

Yaponiya sahillərində 6,4 bal gücündə zəlzələ baş verib

Yaponiya sahillərində 6,4 bal gücündə zəlzələ baş verib
# 13 mart 2014 20:12 (UTC +04:00)

Bakı-APA. Sakit okeanda, Yaponiyanın Küsü adası yaxınlığında güclü zəlzələ baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, episentrdə yeraltı təkanların gücü Rixter şkalası ilə 6,4 bal təşkil edib.

 

Bakı vaxtı ilə 21.06-da baş verən zəlzələnin episentri Kunisaki şəhərindən 13 kilometr aralıda, torpaq qatının 82,9 kilometr dərinliyində  qeydə alınıb.

 

Dağıntı və tələfat haqqında, habelə sunami təhlükəsi barədə məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR