Yaponiyanın şimal-şərq bölgəsində 5,6 bal gücündə zəlzələ baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Sakit okeanda,Fukusima prefekturası yaxınlığında, ocağı isə 40 km dərinlikdə yerləşib.
Zəlzələ ölkənin 17 prefekturasında hiss olunub. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.