Bank Of Baku

Yaponiyada 9 gün ərzində 800 zəlzələ qeydə alınıb

Yaponiyada 9 gün ərzində 800 zəlzələ qeydə alınıb
# 22 aprel 2016 05:47 (UTC +04:00)

Bakı-APA.   6.5 bal gücündə zəlzələnin baş verdiyi Yaponiyanın Küsü adasında son 9 gün ərzində 793  zəlzələ qeydə alınıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar əsasən Kumamoto və Oita prefekturalarında baş verib

 

Onlardan ən güclüsü aprelin 16-na keçən gecə qeydə alınıb – 7.3 bal. Küsü adasında hələ də afteşoklar müşahidə olunmaqdadır.  

 

Qeyd edək ki, silsilə təkanlar nəticəsində ölənlərin sayı 48-ə çatıb, iki nəfər hələ də itkin düşmüş hesab edilir. Təbii fəlakət nəticəsində 6 minədək ev uçub. Zəlzələ zonasından 110 min sakin təxliyə olunub.  Minlərlə ailə qazsız və susuz qalıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR