Bank Of Baku

Yaponiyada güclü qar səbəbindən 780 aviareys ləğv olunub

Yaponiyada güclü qar səbəbindən 780 aviareys ləğv olunub
# 15 fevral 2014 11:25 (UTC +04:00)

Bakı – APA. Yaponiyada ikinci gündür, yağan güclü qar nəticəsində bu ölkənin aparıcı aviaşirkətləri təxminən 780 aviareysi ləğv edib.

 

APA-nın NHK kanalına istinadən verdiyi məlumata görə, Japan Airlines (JAL) 320, All Nippon Airlines (ANA) isə 326 daxili aviareysi ləğv etmək məcburiyyətində qalıb. “Skymark”, “StarFlyer” və digər aviaşirkətlər də reyslərini ləğv edib. Dəyişikliklər paytaxt Tokionun “Xaneda” və Yaponiyanın şimal-şərqində yerlənən “Senday” hava limanlarına aiddir.

 

Son məlumatlarına görə, qeyri-stabil hava səbəbindən 3 nəfər ölüb, 850 nəfər isə müxtəlif xəsarətlər alıb. Onların çoxunda əziklər müşahidə olunub.

 

Hal-hazırda Tokioda qarın qalınlığı 27 santimetr təşkil edir, bu isə son 45 ilin rekorduna yaxındır. Paytaxtdan 130 kilometr qərbində yerləşən Kofu şəhərində son 120 il ərzində ən güclü qar qeydə alınıb. Orada 1.14 metr qar yağıb. Güclü yağıntılar Senday və Fukusimada da müşahidə olunur.

 

Hazırda təxminən 170 min yaşayış evi elektrik enerjisiz qalıb. Tokiodan qərb istiqamətində avtomobillərin hərəkəti dayanıb, dəmir yolu fasilələrlə işləyir. Meteoroloji xidmət bildirir ki, qar günün birinci yarısında dayanacaq, temperatur kəskin qalxacaq. Qarın əriməsi nəqliyyatın hərəkətində əlavə problemlərə səbəb ola bilər.

 

Bu, bir həftə ərzində Yaponiya paytaxtı ərazisində müşahidə olunan ikinci güclü qar yağmasıdır. Ötən həftənin istirahət günlərində qeyri-sabit hava nəticəsində 13 nəfər ölüb, 1 700 mindən çox insan xəsarət alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR