Bank Of Baku

Yaponiyada güclü zəlzələ baş verib, sunami təhlükəsi elan edilib

Yaponiyada güclü zəlzələ baş verib, sunami təhlükəsi elan edilib
# 21 noyabr 2016 22:20 (UTC +04:00)

Yaponiyada 7,3 bal gücündə zəlzələ baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Fukusima prefekturasından  şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

 

Sunami təhlükəsi elan edilib. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

 

Təbii fəlakətlə əlaqədar ümummilli xəbərdar etmə sistemi işə düşüb.

 

Ölkənin bütün mobil qurğularına müvafiq bildirişlər gəlib. 3 metr hündürlükdə sunami olacağı barədə xəbərdarlıq yayılıb.

 

Yeraltı təkanlar paytaxt Tokio və ölkənin 20 prefekturasında hiss olunub. Zəlzələ ilə əlaqədar Yaponiya hökuməti tərəfindən operativ qərargah yaradılıb.

 

Qeyd edək ki, hazırda Yaponiyanın baş naziri Sindzo Abe Argentinada səfərdədir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR