Bakı. Zümrüd Paşayeva - APA. Yaponiya baş naziri Şinzo Abe mübahisəli ərazilər məsələsində Rusiya ilə razılaşma əldə etmək niyyətindədir.
APA-nın “Kyodo” agentliyinə istinadən verdiyi xəbərə görə, Ş. Abe bunu Kuril adalarına ən yaxın şəhər olan Nemuro rəsmiləri ilə görüşü zamanı deyib.
“Bir siyasətçi və baş nazir kimi əsas vəzifəm nəyin bahasına olursa-olsun sülh razılaşmasına nail olmaqdır”, - deyə o vurğulayıb.