Bakı-APA. Yaponiyanın Fukusima prefekturası rayonunda 5,8 bal gücündə zəlzələ qeydə alınıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın Baş Meteoroloji İdarəsi məlumat yayıb.
Məlumata görə, təkanlar 20 km dərinlikdə baş verib. Zəlzələnin episentri prefekturanın Sakit okean sahilində olub.
Qeyd edək ki, zəlzələ paytaxt Tokio da daxil olmaqla ölkənin 17 prefekturasında hiss olunub.
Sunami təhlükəsi yoxdur. Dağıntı və qurbanlar barədə məlumat daxil olmayıb. Qəza vəziyyətində olan “Fukusima-1” AES-in zərər çəkməsi barədə də hələlik məlumat daxil olmayıb.