Bank Of Baku

Yəmən ordusunun silahlılara qarşı apardığı əməliyyatda 24 nəfər həlak olub

Yəmən ordusunun silahlılara qarşı apardığı əməliyyatda 24 nəfər həlak olub
# 12 dekabr 2012 01:36 (UTC +04:00)

 

Bakı-APA. Yəmən ordusunun ölkənin şərqində Əl Qaidə silahlılarına qarşı apardığı geniş miqyaslı əməliyyatda 24 nəfər həlak olub.

 

APA-nın rosbalt.ru saytına istinadən verdiyi xəbərə görə, Yəmən qoşunları, aviasiyanın dəstəyi ilə Vadi Abid şəhəri yaxınlığında “Əl Qaidə” terrorçularının mövqelərinə hücuma keçiblər. Hərbi əməliyyat zamanı 17 hərbiçi daxil olmaqla, 24 nəfər həlak olub.

Xatırladaq ki, dekabrın 9-da Yəmənin Marib əyalətindəki neft kəmərinə baxış keçirməyə gələn general “Əl Qaidə” terrorçuları tərəfindən öldürülüb.

Bu kəmər partlayış nəticəsində zədələnmişdi. General Nasser Nəci bin Fərind ilə birgə 8 hərbiçi öldürülüb. Bildirilir ki, terrorçular pusqu quraraq maşın karvanına hücum ediblər. Maaşın karvanını güllələyəndən sonra iki hərbi maşını qaçırıblar. Hərbiçilərin fikrincə hücumu “Əl Qaidə” terror təşkilatı həyata keçirib.

 

“Əl Qaidə”-nin Yəmən bölməsi regionda çox yüksək fəallıq göstərir. 2011-ci ildə onlar Yəmənin bir necə şəhərini ələ keçirmişlər. Budan sonra hərbiçilərlə  “Əl Qaidə” arasında şiddətli silahlı münaqişə başlayıb.        

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR