Yəmənin şimalında ərəb koalisiyasına məxsus təyyarə qəzaya uğrayıb, pilotlar sağ qalıb.
APA-nın məlumatına görə, bu barədə “Əl-Ərəbiyə” telekanalı xəbər verib.
Koalisiyanın məlumatına əsasən, təyyarə texniki nasazlıq səbəbindən qəzaya uğrayıb və pilotlar xilas olunub. Öz növbəsində, üsyançı husilərin nəzarəti altında olan “Saba” agentliyi təyyarənin vurulduğunu bildirib.
Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.