Bank Of Baku

Yəməndə iki partlayış nəticəsində 15 husi üsyançısı ölüb

Yəməndə iki partlayış nəticəsində 15 husi üsyançısı ölüb
# 18 dekabr 2014 18:58 (UTC +04:00)

Bakı-APA. Yəmənin qərbində törədilmiş iki partlayış nəticəsində 15 husi üsyançısı ölüb, daha 10 nəfəri isə yaralanıb. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, iki avtomobil terrorçu-kamikadzelər tərəfindən Husi hərəkatının  Xodeyda liman şəhərindəki mənzil-qərargahının yaxınlığında partladılıb.

 

Partlayışdan dərhal sonra üzərilərində partlayıcı qurğu olan bir neçə terrorçu-kamikadze husilərin mənzil-qərargahına soxulmağa cəhd edib. Lakin, hücum edən şəxslər husilər tərəfindən məhv edilib.

 

Qeyd edək ki, hücuma görə məsuliyyəti öz üzərinə “Əl Qaidə” ilə əlaqəli “Ənsar əş-Şəriə” terror qruplaşması öz üzərinə götürüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR