Bank Of Baku

Yəməndə İŞİD silahlılarının hücumu nəticəsində 46 nəfər ölüb

Yəməndə İŞİD silahlılarının hücumu nəticəsində 46 nəfər ölüb
# 07 noyabr 2017 20:51 (UTC +04:00)

Yəmənin Ədən şəhərində İŞİD silahlılarının Cinayət Axtarış İdarəsinə hücumu nəticəsində 46 nəfər ölüb, 47-si yaralanıb.

 

APA-nın xəbərinə görə, bu barədə Yəmən Daxili işlər nazirliyinin yaydığı açıqlamada bildirilir.

 

Məlumata əsasən, ölənlər arasında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı dinc sakinlər də var.

 

Qeyd edək ki, noyabrın 5-də İŞİD silahlıları Yəmənin müvəqqəti paytaxtı Ədən şəhərində Cinayət Axtarış İdarəsinin binasına hücum edib. Əvvəl terrorçu-kamikadze özünü İdarənin girişində partladıb, sonra isə 30-a yaxın silahlı binaya daxil ola bilib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR