Bank Of Baku

Yunanıstanın hərbi katerləri Türkiyənin yük gəmisini atəşə tutub

Yunanıstanın hərbi katerləri Türkiyənin yük gəmisini atəşə tutub
# 03 iyul 2017 16:48 (UTC +04:00)

Bu gün Yunanıstanın Sahil Mühafizə Xidmətinin kateri Egey dənizində Rodos adası yaxınlığında Türkiyə bayrağı altında üzən yük gəmisinə atəş açıb.

 

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə bayrağı altında Üzən ACT gəmisi beynəlxalq sularda atəşə tutulub.

 

Yunanıstanın Sahil Mühafizə Xidmətinin katerləri gəminin yunan limanına yaxınlaşmasını tələb edib, ancaq kapitan bu tələbə əməl etməyəcəyini bildirib, Türkiyə Sahil Mühafizə Xidmətinə xəbər verib. Türkiyənin ərzi suların doğru hərəkət edən zaman gəmi atəşə tutulub. Gəmiyə 16 güllə dəyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR