Bank Of Baku

XİN rəhbəri Çinin Rusiyanın məğlubiyyətini istəmədiyini Kallasın diqqətinə çatdırıb

XİN rəhbəri Çinin Rusiyanın məğlubiyyətini istəmədiyini Kallasın diqqətinə çatdırıb
# 04 iyul 2025 10:28 (UTC +04:00)

Çin Rusiyanın Ukrayna müharibəsində məğlub olmağını istəmir.

APA “South China Morning Post” qəzetinə istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ Aİ-nın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla görüşündə deyib.

Xəbərdə qeyd olunur ki, Çin XİN rəhbəri bildirib ki, Rusiyanın müharibədə məğlub olacağı təqdirdə, ABŞ-ın bütün diqqəti Çinə yönələcək.

Van İ Çinin Rusiyanı maddi-texniki baxımdan dəstəkləmədiyini vurğulayıb və əlavə edib ki, əgər belə bir şey olsaydı, Rusiya çoxdan müharibədə qalib gələrdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR