Yaponiya “Aegis” kompüter izləmə və yönləndirmə sistemləri ilə təchiz olunmuş bütün esmineslərini modernləşdirmək niyyətində olduğunu açıqlayıb.
APA-nın “The Japan Times”a istinadən verdiyi xəbərə görə, modernləşdirmə ABŞ-ın “Tomahavk” qanadlı raketlərini esmineslərdə yerləşdirmək üçün texniki imkanların əldə edilməsi üçün aparılacaq.
Yaponiya hökuməti esmineslərin modernləşdirilməsini 2027-ci ilə qədər başa çatdırmağı planlaşdırır. Bu addımın yenilənmiş milli təhlükəsizlik strategiyası fonunda ölkənin Özünümüdafiə Qüvvələrinin əks-hücum potensialının inkişafı çərçivəsində atılacağı qeyd edilir.
Qeyd edək ki, Yaponiyanın “Aegis” sistemi ilə təchiz edilmiş səkkiz esminesi var, yaxın illərdə onların sayının 10-a çatdırılması planlaşdırılır.