Bank Of Baku

Yaponiya Ukraynaya əlavə 5,5 mlrd. dollar yardım edəcək

Fumio Kişida

© APA | Fumio Kişida

# 20 fevral 2023 16:54 (UTC +04:00)

Yaponiya hökuməti Ukraynada Rusiya tərəfindən dağıdılmış infrastrukturun yenidən qurulması üçün əlavə 5,5 milyard dollar maliyyə yardımı edəcək.

APA xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida hakim Liberal Demokrat Partiyasının iclasında bildirib.

Kişida həmçinin onu da qeyd edib ki, Yaponiyanın Ukraynanı dəstəkləməsini nümayiş etdirmək və bu münaqişənin həllində ölkəsinin təsirini gücləndirməkdə maraqlı olduğu üçün lazımi şərait yaranarsa, Zelenski ilə danışıqlar üçün istənilən Şərqi Avropa ölkəsinə də getməyə hazırdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR