Bank Of Baku

Yaponiya və ABŞ birgə hərbi təlim keçirib - YENİLƏNİB

Yaponiya və ABŞ birgə hərbi təlim keçirib - YENİLƏNİB
# 19 fevral 2023 16:06 (UTC +04:00)

Şimali Koreyanın fevralın 18-də qitələrarası ballistik raket sınağı keçirməsinə cavab olaraq bu gün Yaponiya və ABŞ Hərbi Hava Qüvvələri döyüş təyyarələrinin iştirakı ilə birgə təlim keçirib.

APA-nın xəbərinə görə, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimdə Yaponiyanın 3 ədəd “F-15” qırıcı təyyarəsi, ABŞ-ın 4 ədəd “F-16” qırıcı təyyarəsi və 2 ədəd strateji “B-1B” bombardmançı təyyarəsi iştirak edib.

Məqsəd hərbçilər arasında kommunikasiyanın artırılması ilə Yaponiya-ABŞ alyansını gücləndirmək olub.

***

saat 11.56

Fevralın 18-də Şimali Koreyanın qitələrarası ballistik raket sınağına cavab olaraq Yaponiya və ABŞ döyüş təyyarələrinin iştirakı ilə birgə hərbi təlim keçirmək imkanlarını nəzərdən keçirir.

APA-nın xəbərinə görə, bu barədə bu gün Yaponiyanın “Fuji TV” telekanalı məlumat yayıb.

Şimali Koreyanın “Xvason-15” ballistik raketi 5 768,5 km yüksəkliyə qalxaraq 989 km uçub və Yapon dənizindəki şərti hədəfi dəqiqliklə vurub. Uçuş müddəti 4 015 saniyə olub.

Yaponiya raketin Xokkaydo adasından 200 km şərqdə ölkənin müstəsna iqtisadi zonasına düşdüyünü açıqlayıb. Yaponiya hökuməti hesab edir ki, Şimali Koreyanın buraxdığı raketin mənzili 14 min km-i aşır və ABŞ ərazisinə çata bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR