Bank Of Baku

Yaponiyada “Fukusima-1” AES-dən təmizlənmiş suyun okeana axıdılmasına başlanıb - YENİLƏNİB

Yaponiyada “Fukusima-1” AES-dən təmizlənmiş suyun okeana axıdılmasına başlanıb - YENİLƏNİB
# 24 avqust 2023 06:53 (UTC +04:00)

Yaponiyanın “Fukusima-1” atom elektrik stansiyasından tezliklə atılacaq radioaktiv hissəciklərdən təmizlənmiş suda tritiumun konsentrasiyası Beynəlxalq Radioloji Mühafizə Komissiyası və Yaponiya Hökuməti tərəfindən müəyyən edilmiş icazə verilən təhlükəsizlik standartından 952 dəfə az olacaq.

APA xəbər verir ki, bu barədə Tokio Elektrik Stansiyasının operatorunun (TEPCO) dərc etdiyi hesabatda göstərilir.

Şirkətdən verilən məlumata görə, birinci mərhələdə AES-dən boşaldılacaq suda tritiumun miqdarı litrdə 63 bekkerel olacaq. İlkin olaraq şirkət tritiumun konsentrasiyasının litrdə 1500 bekkereldən çox olmayacağını vəd etmişdi ki, bu da nüvə obyektlərindən okeana suyun axıdılması üçün standartın 1/40-i həddindədir. Hazırda stansiyadan atılacaq suda tritiumun konsentrasiyası icazə verilən səviyyədən 952,3 dəfə az olacaq.

İnşa edilən sualtı tunel vasitəsilə təmizlənmiş su sahildən 1 km məsafəyə axıdılacaq. Boşaldılma sürətinin sutkada 460 ton su olacağı gözlənilir. Eyni zamanda, hər ton su ilkin olaraq 1,2 min ton təmiz dəniz suyu ilə qarışdırılacaq. İş planına əsasən, birinci mərhələdə 17 gün ərzində 7,8 min tona yaxın təmizlənmiş suyun boşaldılması nəzərdə tutulub.

***

02.01

Yaponiyada qəzalı vəziyyətdə olan “Fukusima-1” atom elektrik stansiyasından təmizlənmiş suyun okeana axıdılmasına başlanıb.

APA xəbər verir ki, 2023-cü maliyyə ilində (2024-cü il martın 31-də başa çatır) AES-dən təxminən 31,2 min ton mayenin boşaldılacağı və prosesin bir neçə onilliklər çəkəcəyi gözlənilir.

“Fukusima-1”də 2011-ci ildə sunamidən sonra baş verən qəza enerji təchizatı və soyutma sistemlərini sıradan çıxarıb. Nəticədə üç enerji blokunun reaktorlarında nüvə yanacağı əriyib, qoruyucu təbəqə yanıb. Eyni zamanda, stansiyaya bitişik ərazilərin çirklənməsinə səbəb olan böyük həcmdə radioaktiv maddə atmosferə atılıb. Atom elektrik stansiyasının sökülməsinin 2050-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

2011-ci ilin martında sunami nəticəsində zədələnmiş reaktorların soyudulması üçün istifadə olunan AES-in ərazisindəki çənlərdə 1,25 milyon tondan çox su yığılıb. Yaponiya hökuməti iddia edir ki, su ümumiyyətlə radioaktiv maddələrdən azaddır və tərkibində yalnız hidrogen (tritium) izotopu var. 2021-ci ilin aprelində Tokio bu suyun əhəmiyyətli bir hissəsini okeana boşaltmaq qərarına gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR