Yaponiyanın Osaka prefekturasının Suita şəhərində zəncirvari yol qəzası olub.
APA xəbər verir ki, bu barədə "Asahi" telekanalı məlumat yayıb.
Qəza nəticəsində 15 nəfər xəsarət alıb.
Qeyd olunur ki, yük maşını magistral yolda ödəniş məntəqəsinin yaxınlığında minik maşını ilə toqquşub. Təcili yardım xidmətlərinin məlumatına görə, 11 nəfər yüngül xəsarətlər alıb.
15 dəqiqə sonra ilk qəzanın baş verdiyi yerdən təxminən 2 km aralıda üç yük maşını və bir minik avtomobili toqquşub. Nəticədə dörd nəfər xəsarət alıb, onların hamısı huşunu itirib.
İki qəza nəticəsində magistral yolda tıxac yaranıb. Hadisələrin səbəbi araşdırılır.