Bank Of Baku

Yaponiyanın şimalında 19 min ev işıqsız qalıb, sakinlər evakuasiya edilir

Yaponiyanın şimalında 19 min ev işıqsız qalıb, sakinlər evakuasiya edilir
# 25 dekabr 2022 09:24 (UTC +04:00)

Yaponiyanın şimalında 19 min evin elektrik enerjisi kəsilib, hakimiyyət evakuasiya mərkəzlərinin işini təşkil edib.

APA xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Hokkaido Electric Power Co şirkətinin məlumatına görə, elektrik təchizatı ilə bağlı problemlər Hokkaydo prefekturasında, Mombetsu (13,5 min ev), Oumu (3 min ev) və Okoppe (2,6 min ev) şəhərlərində qeyd olunur.

Hazırda işıqların hansı səbəbdən kəsildiyi məlum deyil, səlahiyyətlilər sakinlər üçün müvəqqəti yerləşdirmə mərkəzləri açıb. Artıq orada on minlərlə insan var.

Hokkaydo adasında güclü qar yağması müşahidə olunur, buna görə mobil rabitə və sürətli qatarların fəaliyyətində problemlər yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR