Bank Of Baku

Yəməndə BMT-nin 6 əməkdaşı qaçırılıb

Yəməndə BMT-nin 6 əməkdaşı qaçırılıb
# 13 fevral 2022 06:48 (UTC +04:00)

Yəməndə BMT-nin humanitar qurumlarından birinin altı əməkdaşı, o cümlədən biri əcnəbi oğurlanıb.

APA-nın məlumatına görə, bu barədə "Yemen News" portalı xəbər verib.

Məlumata əsasən, onlar ölkənin cənubundakı Abyan əyalətində bir qrup silahlı şəxs tərəfindən qaçırılıb.

Onları müşayiət edən hərbi polisin əsgərləri də naməlum istiqamətə aparılıb.

BMT nümayəndələri Abyandakı humanitar vəziyyəti öyrənmək üçün əyalətdə səfrdədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR