Bank Of Baku

Yeni Zelandiya iranlı məmurlara sanksiya tətbiq edib

Yeni Zelandiya iranlı məmurlara sanksiya tətbiq edib
# 12 dekabr 2022 08:29 (UTC +04:00)

Yeni Zelandiya hökuməti 22 iranlı məmura sanksiya tətbiq edib.

APA-nın xəbərinə görə, bu barədə Zelandiyanın Baş naziri Casinda Ardern məlumat verib.

Sanksiya siyahısına SEPAH və digər güc strukturları ilə əlaqəsi olan şəxslər düşüb.

Qeyd edilən 22 İran vətəndaşının Yeni Zelandiyaya girişi qadağan edilib.

Bildirilir ki, hökumət bu addımı İranda insan hüquqlarının kütləvi pozulmasına görə atıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR