Heydər Əliyev Mərkəzi akademik Zərifə Əliyevaya həsr olunan sayt təqdim edib - FOTO

Heydər Əliyev Mərkəzi akademik Zərifə Əliyevaya həsr olunan sayt təqdim edib - <span style="color: red;">FOTO
# 26 aprel 2013 13:40 (UTC +04:00)

Mərkəzdən APA-ya verilən məlumata görə, oftalmoloq alim Zərifə Əliyevanın 90 illik yubileyi ərəfəsində təqdim olunan saytda akademikin həyat və fəaliyyətini əks etdirən materiallar, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, eləcə də Zərifə xanımın həmkarları və dostlarının xatirələri yer alıb.

Azərbaycan, rus və ingilis dillərində hazırlanmış saytda Zərifə Əliyevanı oftalmoloq, qayğıkeş həyat yoldaşı və ana kimi xarakterizə edən baza ilə tanış olmaq imkanı var.

Heydər Əliyev Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə hazırlanmış saytda Zərifə Əliyevanın həyatının müxtəlif anları, oftalmologiya elminin inkişafındakı xidmətləri izləyicilərə foto və video materiallarla da təqdim edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR