2015-ci ildə Azərbaycanda iaşə xidmətlərinin həcmi 14% artıb

2015-ci ildə Azərbaycanda iaşə xidmətlərinin həcmi 14% artıb
# 27 yanvar 2016 13:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. 2015-ci ildə Azərbaycanda iaşə xidmətlərinin həcmi 2014-cü illə müqayisədə 14,0% artaraq 1111,2 mln. manat olub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, qeyri-dövlət sektorunda iaşə xidmətlərinin 42,8%-i hüquqi şəxs statuslu müəssisələrin, 57,2%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.

Bu dövr ərzində hüquqi şəxs statuslu qeyri-dövlət müəssisələrində iaşə xidmətlərinin həcmi 2014-cü illə müqayisədə 6,0% artaraq 469,0 mln. manata çatıb. İl ərzində ölkə əhalisinin hər bir nəfəri orta hesabla 116,6 manatlıq iaşə xidmətlərindən istifadə edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 15,1 manat çox olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR