Güclü leysan Lənkəranda subasmalara səbəb olub

Güclü leysan Lənkəranda subasmalara səbəb olub
# 03 oktyabr 2017 12:09 (UTC +04:00)

Güclü leysan Lənkəranda subasmalara səbəb olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bir neçə gündür yağan intensiv yağışlar Lənkəranda fəsadlara səbəb olub.

Rayonun Şiləvar, Digah və Girdəni kəndlərində yağış suları bəzi evlərin zirzəmilərinə və həyətyanı sahələrinə dolub. Yağan yağış həm təsərrüfata, həm də yaşayış evlərinə ziyan vurub. Bu cür vəziyyətin yaranmasına əsas səbəb kimi su axar kanallarının və kanalizasiya xətlərinin düzgün işləməməsidir.

Lənkəran regional Hidrometeorologiya müəssisinin direktoru Cavid Hüseynov bildirib ki, çaylarda suyun səviyyəsi 80 sm qədər qalxıb və dağ çaylarında daşqınların ola biləcəyi ehtimalı var.

Qeyd edək ki, cənub bölgəsində yağıntılı hava oktyabr ayının 5-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR