Gimnastlarımız beynəlxalq yarışda 9 medal qazanıblar

Gimnastlarımız beynəlxalq yarışda 9 medal qazanıblar
# 02 iyun 2024 19:07 (UTC +04:00)

Azərbaycan yığması iyunun 1-2-də Budva şəhərində keçirilən bədii gimnastika üzrə “Montenegro Cup”da uğurlu çıxış edib.

Apasport.az xəbər verir ki, təmsilçilərimiz beynəlxalq yarışda 7 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Böyük yaş qrupunda Mədinə Dəmirova çoxnövçülükdə fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Gənclər arasında isə çoxnövçülükdə Şəms Müvəffəqi gümüş, Mədinə Abbaslı isə bürünc qazanıb.

Yığmamız yeniyetmə yaş qrupunda daha uğurlu nəticələrə imza atıb. Məryəm Baloğlanova və Nur Sadıqova halqa, top və gürzlərlə çıxışda hərəyə 3 qızıl qazanıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR