Keniyalı atlet 10 min metr məsafədə dünya rekordu qırıb

Keniyalı atlet 10 min metr məsafədə dünya rekordu qırıb
# 26 may 2024 04:44 (UTC +04:00)

ABŞ-də baş tutuan "Diamond League" qaçış yarışında keniyalı atlet Biatris Çebet (Beatrice Chebet) 10000 metr məsafəyə qaçışda yeni dünya rekorduna imza atıb.

APA xəbər verir ki, idmançı həmin məsafəni 28 dəqiqə 54,14 saniyəyə qət edib.

Bundan əvvəlki dünya rekordu efiopiyalı Letesenbet Gideyə məxsus olub və 2021-ci ildə (29 dəqiqə 01,03 saniyə) rekorda imza atmışdı.

Çebetin 24 yaşı var. O, 5000 metr məsafəyə qaçışda dünya çempionatının gümüş (2022) və bürünc (2023) mükafatçısıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR