Moskva prospektində “Oyunlar zolağı”nın yenidən rənglənməsi ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Moskva prospektində “Oyunlar zolağı”nın yenidən rənglənməsi ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılır
# 06 iyun 2015 16:13 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Moskva prospektində, daha dəqiqi “20 Yanvar” dairəsindən “Şamaxinka” deyilən əraziyədək və əksinə, prospektin “20 Yanvar” dairəsinə düşən yan yollarında “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri həyata keçiriləcək.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, rənglənmə işləri aparılan zaman həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılmayacaq. Prospektdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Yəni, rənglənmə işləri aparılan zolaq istisna olmaqla, sürücülər digər zolaqlarla öz avtomobilləri ilə hərəkətlərinə rahat və maneəsiz şəkildə davam etdirə biləcəklər.

“Azəryolservis” ASC yaranacaq müvəqqəti narahatçılığa görə üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR