Prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan olunmuş müsabiqənin ikinci mərhələsinin keçiriləcəyi tarix açıqlanıb

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan olunmuş müsabiqənin ikinci mərhələsinin keçiriləcəyi tarix açıqlanıb
# 08 noyabr 2012 14:17 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan olunmuş müsabiqənin ikinci mərhələsinin keçiriləcəyi tarix açıqlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Azərbaycan Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan olunmuş müsabiqənin ikinci mərhələsi olan yazılı imtahan 16 noyabr 2012-ci il tarixdə Azərbaycan Texniki Universitetinin «İdman Sarayı»nda keçiriləcək. (Ünvan: Bakı şəhəri, A. Sultanova küçəsi,5). İmtahan saat 10.00-da başlanmaqla 4 saat davam edəcək. İmtahana buraxılmış namizədlər «Yaddaş kitabçası»nı və «Yazılı imtahana buraxılış vərəqəsi»ni 14 noyabr 2012-ci il tarixdə saat 09.00-dan 18.00-dək Baş Prokurorluğun inzibati binasının Qəbul otağında (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi,7) şəxsiyyət vəsiqəsini təqdim etməklə ala bilərlər.

Namizədlər yalnız «Yazılı imtahana buraxılış vərəqəsi»ni və şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanda iştirak edə bilərlər. «Yaddaş kitabçası»nda imtahanın keçirilmə qaydası barədə ətraflı məlumat verilib.

Əlavə məlumatı 437-28-56, 492-63-62, 492-74-32 və 492-62-23 nömrəli telefonlarla almaq olar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR